Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turniri davam edir.
Dairəvi sistemlə təşkil olunan yarışın 7-cı turunda Şəhriyar Məmmədyarov FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan şahmatçımız 56-cı gedişdə rəqibinə qalib gəlib. Bu, qrossmeysrtimizin turnirdə ilk qələbəsi olub. Xatırldaq ki, Şəhriyar 1-ci turda amerikalı Uesli Soya, 5-ci turda isə Fabiano Karuanaya məğlub olub. Məmmədyarov 2, 4 və 4-cü turlarda müvafiq olaraq macarıstanlı Rixard Rapport, fransalı Maksim Vaşye-Laqrav və rumıniyalı Boqdan Danyel-Dayakla ilə xalı yarı bölüb. . Şəhriyar Məmmədyarov 8-ci turda amerikalı Lenqer Dominqeslə üz-üzə gələcək. Bu nəticələrdən sonra xallarının sayını 3-ə çatdıran şahmatçımız Nepomnyaşi və Dominqeslə 6-cı-8-ci yerləri bölüşür. Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min dollarıdır. Xatırladaq ki, ötən ilki "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olmuşdu.