Milli Basketbol Assosiasiyasında  mübarizə aparan “Sakramento Kinqz”in yeni baş məşqçisi müəyyənləşib.

Kaliforniya klubundandan gedən Elvin Centrini   Mayk Braun əvəzləyəcək. “Sakramento” rəhbərliyi 52 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalayıb. Xatırladaq ki, “Kinqz” son 16 ildə  pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Bu mövsüm komanda müntəzəm çempionatda Qərb konfransında 12-ci yeri tutub.