"Turan Tovuz"un Premyer Liqada kimin rəhbərliyi altında oynayacağı məlum olub.

Əyalət təmsilçisi Ayxan Abbasova tapşırılacaq. Son iş yeri "Sumqayıt" olan mütəxəssislə demək olar ki, razılıq əldə edilib. I Divizionda mövsüm tamamladıqdan sonra təyinat ictimaiyyətə açıqlanacaq. "Turan Tovuz"a hazırda Əfqan Talıbov rəhbərlik edir. Onun Pro lisenziyası olmadığı üçün Premyer Liqada komandanı çalışdıra bilməyəcək. Ayxan Abbasov məşqçi karyerası ərzində daha əvvəl "Zirə" və "Sumqayıt"da çalışıb. O, bu komandalarla avrokuboklara vəsiqə əldə edib.