Bu gün müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunur. Ulu öndər ölkəmizdə bir çox sahələr kimi, idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Müxtəlif dövrlərdə respublikamıza rəhbərlik edən dahi şəxsiyyətin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan əsl idman ölkəsinə çevrilib. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən ümummilli liderin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək naliyyətlər qazanıblar. Bu missiya indi də uğurla davam etdirilir.
Hər hansı bir ölkənin müstəqilliy rəmzlərini İdman qədər əks etdirən ikinci bir vasitə yoxdu İdman hər bir xalqin mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir. Ulu öndər Heydər Əliyevin dillər əzbəri olan bu müdrik kəlamları onun qlobal inkişaf meyllərini əvvəlcədən görmək öz olkəsinin dünya birliyində rolunu və yerini müəyyənləşdirmək bacarığını göstərir məhz ümumilli liderimizin dühasının işığında Azərbaycan təkcə siyasi iqtisadi sahədə deyil eyni zamanda idman aləmində beynəlxalq miqyasda ön mövqelərə çıxdı bu inkişaf tərqqi dalğası respublikamızın atletlərini ən möhtəbər yarışlarda indiyə qədər liderlər sırasında saxlayır.
Ümimmili liderimizin vaxtı ilə müəyyənləşdirdiyi bu yolda qazanılan nailiyyətlər olimpiya komplekslərinin bir birinin ardınca tikilib istifadəyə verilməsi idmançıların məşq şəraitinin yaxşılaşdırılması respublikamızda dünya və avropa çempionatlarının mötəbər beynəlxalq turnirlərin keçirilməsi olimpia hərakatına göstərilən diqqət və qayğı bütün olkədə yeniyetmə və gənclərin idmana güclü axınına gətirib çıxartdı.
Qətiyyətlə deməy olarki mütəqilliy dövründə Azərbaycan idmanı özünün tərəqqi dövrünü yaşayır Beynəlxalq Olimpia Komitəsinin qitənin idman təşkilatlarının nümayəndələri məşqçi və mütəxəssislər də etiraf edillər ki bu müddət ərzində Azərbaycan idmanı az qala bir əsrlik inkişaf yolu keçib. Bu yol qələbədən qələbəyə, zirvədən zirvəyə aparır, idmançılarımız dünyanın ən mötəbər beynəlxalq yarışlarında qələbələr qazanır dünyanın müxtəlif ölkələrinin idman saraylarında Azərbaycanın himni səslənir respublikamızın üç rəngli bayrağı ucalır belə bir inkişafın hansı çətinliklər bahasına başa gəldiyini idmançılarımız yaxşı xatırlıyıllar xüsuilədə müstəqilliyimizn ilk illərində idman tamam ilə unudulmuş sahələrdən birinə çevrilmişdi idman qurğuıarı dağıdılırdı olan qalanlar isə başqa məqsədlər üçün istifadə edilirdi.
Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra isə, ölkədə idmana münasibət dəyişdi. Ulu öndər xalqın və dövlətin həyatında idmanı ən mühüm sahələrdən bir kimi diqqət mərkəzinə çəkdi, bu sahədə işi gücləndirməyi cəmiyyətimizin ümdə vəzifələrinnən biri kimi müəyyənləşdirdi, bu işlərin bəhrəsi sidney olimpiadasında öz əksini tapdı Azərbaycan idmançıları yarışları 2 qızıl və bir burünc mükafatla başa vurdular ovaxt Heydər Əliyev bu qələbələri bütövlükdə Azərbaycanın müstəqilliy dövründə ən yüksək nailiyyətləri kimi dəyərləndirdi və bu işin davam etdirilməsinin vacibliyini vurğuladı.
Bu sözlər Azərbaycanda olimpiya hərakatını dahada genişləndirməyə bir çağırış oldu məhs ulu öndərin təşəbbüsü ilə respublikamızda gənclər və idman nazirliyi yaradıldı respublikamızda bədən tərbiyəsi və idman haqqında qanun qəbul olundu bütün bu tədbirlər idmanın inkişaf etməsinin hüqüqu əsaslarını müəyyənləşdirdi dövlətin idman siyasətinin göstəricilərinnən birinə çevrildi bütün bu tədbirlər isə sonradan ulu öndərimizin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin sərancamı ilə respublikamızda bədən tərbiyəsi və idman gününün bayram kimi qeyd olunmasına zəmin yaratdı.