İşğaldan azad edilmiş ərazilərdə ilk beynəlxalq turnir start götürüb. Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası başlanıb. Yarışın rəsmi açılış mərasimində beynəlxalq və yerli rəsmi şəxslər çıxış edərək, turnirin əhəmiyyətindən söz açıblar. Gənclər və idman Naziri Fərid Qayıbov isə turniri açıq elan edib. Rəsmi hissədən sonra azarkeşlərə bədii hissə təqdim olunub.

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.

Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.