“Neftçi” klubu “Şamaxı”da icarə əsasında oynayan futbolçusunu geri qaytarmaq istəyir.
Söhbət yarımmüdafiəçi Turan Vəlizadədən gedir. 21 yaşlı futbolçunun icarə müddəti mövsümün sonunda başa çatacaq. Qeyd edək ki, qış fasiləsində “Şamaxı”ya icarəyə verilən Turan Vəlizadənin “Neftçi” ilə 2023-cü ilə qədər müqaviləsi var.