"Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsinin son turunda qrossmeysterimiz Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.
Görüş şahmatçımızın qələbəsi ilə yekunlaşıb. Bu Şəhriyar məmmədyarovun turnirdə 4-cü qalibiyyətidir. İlk turda vyetnamlı rəqibini məğlub edən şahmatçımız 5-ci turda Aniş Giri, növbəti turda isə Yorden van Forestdən üstün olmuşdu. Hindistan, Kanada və Polşadan olan şahmatçılara isə uduzmuşdu.