“Sumqayıt” klubu aparıcı futbolçularından biri olan Cəmaləddin Xocaniyazova yeni müqavilə təklif edib.
Baş məşqçi Aleksey Baqanın da bəyəndiyi müdafiəçi ilə danışıqlar davam etdirilir. Əgər razılaşma əldə olunarsa, Xocaniyazov 2024-ci ilin yayına qədər komandada qalacaq. Qeyd edək ki, Türkmənistan əsilli futbolçu 2019-cu ildən “Sumqayıt”da çıxış edir.