“Qəbələ”nin futbolçusu Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər.
İordaniyalı yarımmüdafiəçinin “Persica Cakarta”ya keçəcəyi gözlənilir. Buna klubdakı yeni təyinat səbəb olub. Cakarta təmsilçisi baş məşqçi vəzifəsinə Tomas Dollu gətirib. Almaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Doll APOEL-də rəhbərliyi altında çıxış edən Omarı komandasında görmək istəyir. Qeyd edək ki, Doll və Hani 2019-cu ildə Kipr təmsilçisinin uğurları üçün çalışıb.