Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn turniri davam edir.

Yarışdakı təmsilçimiz Şəhriyar Məmmədyarov seriyanın birinci mərhələsində növbəti görüşünü keçirib. Qrossmeyster "Oslo Esports Cup"ın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. İlk partiyada qara fiqurlarla rəqibinə uduzan Məmmədyarov növbəti görüşdə heç-heçə edib. Üçüncü partiyada qara fiqurlarla qələbə qazanan şahmatçımız sonrakı qarşılaşmada Duda ilə xalı yarı bölüb. Son iki partiyada da rəqibi ilə

bacarmayan Şəhriyar yekunda 2:4 hesabı ilə məğlub olub. Xatırladaq ki,  Məmmədyarov ilk üç turda çinli Le Kuanq Lyeyə qalib gəlib, hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub. Hesabında 3 xal olan şahmatmıçız sonuncu - 8-ci pillədə qərarlaşıb. Qeyd edək ki, turnirin mükafat fondu 210 min dollarıdır.