“Qarabağ”ın qanalı forvardı Ovusu Kvabena mövsümün sonunda “Qarabağ”a qayıtmayacaq.

Onun Türkiyə birinci liqasında çıxış edən “Ankaragücü” klubunda icarə müqaviləsi mayda başa çatsa da, qanalı Türkiyə paytaxtında qala bilər. “Ankaragücü” rəhbərliyi futbolçunun xidmətindən razıdır və komanda Superliqaya vəsiqə qazanacağı halda onunla müqaviləni artırmaq fikrindədir. Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena qış fasiləsində “Ankaragücü” klubuna icarəyə verilib.