İstanbulun “Fənərbağça” klubu Şükrü Saracoğlu stadionunda yoldaşlıq görüşü keçirib. Ukraynadakı vəziyyətlə bağlı ölkəyə dəstəyini nümayiş etdirən komanda Donetskin “Şaxtyor” klubu ilə görüşüb. Qarşılaşmada 1 qol vurulub. 26-cı dəqiqədə Enner Valensiya qonaqların qapısına yol tapıb. İkinci hissədə “Fənərbağça”nın heyətində çıxış edən gənc futbolçu Arda Güləri komandanın daha gənc üzvü İsak Vural əvəzləyib. Bununla da 15 yaşlı oyunçu “Fənərbağça”nın heyətində meydana çıxan ən gənc futbolçu kimi tarixə düşüb: “Fənərbağça” – “Şaxtyor” Donetsk 1:0.
Qeyd edək ki, bundan əvvəl İstanbulun digər klubu “Qalatasaray” da Ukraynaya dəstək məqsədi ilə Kiyevin “Dinamo” komandası ilə üz-üzə gəlmişdi. Qarşılaşma 2:0 hesabı ilə Ukrayna klubunun xeyrinə başa çatmışdı.