Türkiyə Super Liqasının 33-cü turunda yarış cədvəlinin orta pillələrində qərarlaşan “Qalatasaray” doğma meydanda autsayder “Yeni Malatyaspor”la üz-üzə gəlib.

İlk hissədə Dominik Torrentin kollektivi bir neçə epizodda rəqib qapılar önündə təhlükəli vəziyyətlər yaratsa da, hesab açılmayıb. Fasilədən sonra fəallığını bir qədər də artıran “cimbom” 51-ci dəqiqədə istəyinə nail olub. Rayan Babel “sarı qırmızılar”ı önə keçirib. 2 dəqiqə sonra fərq artıb. Omar Elabdullayinin ötürməsindən sonra Halil Dərvişoğlu topu qapıya vurub. Qarşılaşmanın sonlarında Elabdullayi özü fərqlənsə də, VAR-a baxan hakim qolu qeydə almayıb. Matç bu hesabla başa çatıb: “Qalatasaray” – “Yeni Malatyaspor” 2:0. Beləliklə, 33 turdan sonra xallarının sayını 44-ə çatdıran “Qalatasaray” “Kasımpaşa” ilə birgə 11-12-ci yerləri bölüşür. “Yeni Malatyaspor” isə 20 xalla sonuncudur.