Bu gün 17 yaşadək güləşçilərin Azərbaycan birinciliyi başlanır.
Qeyd etmək lazımdır ki, müvafiq yaş qrupunda turnir 3 ildir keçirilmirdi. Beynəlxalq və milli dərəcəli hakimlərimizin idarə edəcəyi yarışın medalçıları 17 yaşadək pəhləvanlardan ibarət seçməmizin heyətinə cəlb olunacaq. Ölkə birinciliyi “İdman TV”də canlı göstəriləcək.