İngiltərə Kubokunda 2-ci finalçı “Çelsi” – “Kristal Pelas” oyununda müəyyənləşib.

Londonun “Uembli” arenasında keçirilən görüşdə “Çelsi” 2:0 hesablı qələbə qazanıb. Komandanın qollarını Ruben Loftus Çik və Meyson Maunt vurub. Bununla da “Çelsi” son 6 ildə 5-ci dəfə həlledici görüşdə oynamaq hüququ əldə edib. Maraqlıdır ki, son 4 final oyununda komanda cəmi 1 dəfə qalib gələ bilib.  Mayın 14-də keçiriləcək finalda  “Çelsi” “Liverpul”la üz-üzə gələcək. Xatırladaq ki, bu mövsüm komandalar İngiltərə Liqa kubokunun da finalında üz-üzə gəliblər. Həmin qarşılaşmada mersisaydlılar penaltilər seriyasında dəqiq oynayaraq fəxri mükafata sahib çıxmışdılar.