İngiltərə Premyer Liqasının 33-cü turunda “Lester” səfərdə “Nyukasl”la üz-üzə gəlib. Görüşə yaxşı başlayan qonaqlar 19-cu dəqiqədə Ademola Lukmanın vurduğu qolla hesabı açıblar. Amma yarımsaatın tamamında Bruno Gimaraeş tarazlığı bərpa edib. Braziliyalı futbolçu oyunun sonunda dubl edərək komandasına qələbə qazandırıb -  “Nyukasl” – “Lester” 2:1. Hazırda Nyukasl 37 xalla turnir cədvəlində 14-cü, ondan 3 xal çox toplayan “Lester”  9-cu yerdədir.

“Vest Hem” – “Börnli” görüşü 1:1 hesabı ilə bitib. Qonaqlar fasiləyə Vout Veqhorstun vurduğu qolla üstün yolanıblar. Amma 2-ci hisədə Tomaş Souçek komandasını məğlubiyyətdən xilas edib. 52 xalı olan “Vest Hem” 7-ci yerdə qərarlaşıb. “Börnli” isə 25 xalla düşmə zonasında, 18-ci pillədədir.