UEFA Çempionlar Liqasında 1/4 finalın daha bir qarşılaşması “Liverpul” və “Benfika” komandaları arasında keçiriləcək. Lissabonda keçirilən görüşdə “mersisaydlılar”ın 3:1 hesabı ilə qalib gəlməsi yarımfinala daha yaxın tərəf olduğunu göstərir. Yurgen Klopun kollektivində ciddi itki yoxdur. Komanda “Benfika” qarşısında tam heyətlə meydana çıxacaq. Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında “Liverpul”un baş məşqçisi Yurgen Klip iddialı danışıb. O, komandasının qələbə qazanacağından əminlik ifadə edib: “Rəqib yaxşı heyətə malikdir. Portuqaliya çempionatında uğur qazandığı ilə bağlı məlumatlıyam. Lakin daxili yarışlarda görməyə öyrəşdiyimiz mənzərə Avropa səhnəsində tamamilə başqadır. Oyuna yaxşı nizamlanmışıq. Futbolçuların üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə inanıram. Onlar qələbəyə layiqdirlər.”

“Benfikai”nın baş məşqçisi Nelson Verissimo isə çətin görüşə tam hazır olduqlarını bildirib:“Çempionlar Liqasında uğur qazanmaq heç də asan məsələ deyil. Burada mərhələ adlayırsansa deməli güclüsən. Bizim rəqibimiz isə “Liverpul”dur. Onlarla görüşün heç də asan olmayacağını düşünürəm. Portuqaliyadakı oyun üçün də eyni fikirləri bildirmişdim. Həmkarım təcrübəli baş məşqçidir. O, Çempionlar Liqasında rəqabətə davamlı və ideal komanda formalaşdırıb. Onu təbrik edirəm.”

Qeyd edək ki, “Liverpul” – “Benfika” qarşılaşması bu gün saat 23-də start götürəcək. Görüşü Sərdar Gözübüyükün rəhbərlik etdiyi niderlandlı hakimlər briqadası idarə edəcək.