İtaliya A seriyasının 32-ci turunun son qarşılaşması Bolonyada olub.
Yerli komanda “Sampdoriya” ilə üz-üzə gəlib. Son 5 turda qalib gələ bilməyən “Bolonya” futbolçuları bu dəfə azarkeşlərini sevindiriblər. İlk hissədə hesab açılmayıb. 61-ci dəqiqədə meydan sahibləri istəklərinə mail olublar. Marko Arnautoviç qapını dəqiq nişan alıb. 15 dəqiqə sonra avstriyalı forvard yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə də topu qapıdan keçirən Arnautoviç yekun nəticəni müəyyənləşdirib - 2:0.
Qələbə sayəsində Bolonya 37 xalla turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Son 6 turda 5-ci dəfə uduzan “Sampdpriya” isə 29 xalla 16-cıdır. A seriyasına 68 xalla “Milan” başçılıq edir. Lideri 2 xal az toplayan “Napoli” və “İnter” izləyir.