Növbəti mövsüm Premyer Liqada oynamağa hazırlaşan “Turan Tovuz” artıq indidən heyətin formalaşması yönündə işlərə başlayıb.
Bölgə təmsilçisi, xüsusən də, təcrübəli oyunçulara maraq göstərir. Elvin Məmmədov və Vurğun Hüseynovdan sonra rəhbərliyin heyətə cəlb etmək istədiyi digər futbolçu Əfran İsmayılovdur. Hazırda “Səbail”də çıxış edən 34 yaşlı yarımmüdafiəçi əslində mövsümün sonunda futboldan getməyi düşünür. Lakin “Turan Tovuz”a maliyyə ayıracaq AFFA rəhbərliyi ondan daha bir il karyerasını davam etdirməyi istəyib. Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Əfran İsmayılov 2009-cu ildə 6 ay icarə əsasında “Turan”da çıxış edib.