“Şamaxı” futbol klubu yeni adı ilə ilk görüşünü həftəsonu çempion “Neftçi” qarşıya keçirəcək.

Bölgəni təmsil etməyə başlayacaq komanda son 3 oyunda uduzmayıb. Sənan Qurbanovun kollektivi “Səbail”i 3 cavabsız qolla məğlubiyyətə uğradanadan sonra “Sumqayıt” və “Qəbələ” ilə eyni hesablı heç-heçəyə nail olub - 1:1. “Neftçi”yə rəhbərlik edən Samir Abasov qarşılaşmadan əvvəl fikirlərini bölüşüb. O, xal itkisinin yolverilməz olduğunu deyib: "Son oyundakı bəhanələr yaşanmasın deyə, növbəti qarşılaşmaya tam fərqli, tam ciddi hazırlaşırıq. Nikbinik və motivasiyamız da yaxşıdır. Uzun fasilədən sonra "Zirə" ilə birinci oyuna çıxdıq. Nəticəni kənara qoysaq, oyun bizim üçün ürəkaçan olmadı. Bunları kənara qoysaq, hər şey şey yaxşıdır. Eşitdiyimə görə, oyundan əvvəl də tədbirlər olacaq. Biz bundan sonra səfər oyunlarına alışmalıyıq. "Bakcell Arena" renovasiya ilə əlaqədar tezliklə bağlanacaq. Nəticədə oyunlarımızı bir müddət səfərdə keçirəcəyik. Bizim üçün necə çətindirsə, "Şamaxı" üçün də elədir. Onlar da bir gün əvvəl Şamaxıya gedəcəklər. Sanki ikimiz də səfərə gedirik və neytral meydanda oynayacağıq. Ən yaxşısı nədirsə, onu edib qayıtmağa çalışacağıq. Səfərlərin bizi yoracağına inanmıram. Ötən il də də belə halları yaşamışdıq".

Şamaxı” – “Neftçi” oyunu aprelin 9-u saat 14-də Şamaxı şəhər stadionunda keçiriləcək. 22-ci turun şənbə gününə təyin olunan digər oyununda Sabah” – “Zirə”ni qəbul edəcək. Tura aprelin 10-da “Sumqayıt”-“Qarabağ” və “Səbail” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.