İngiltərə çempionatında 19-cu turdan təxirə salınmış oyun keçirilib.
“Börnli” “Everton”la üz-üzə gəlib. 1-ci hissədə azarkeşlər artıq 3 qol görüblər. 12-ci dəqiqədə Natan Kolins meydan sahiblərini önə çıxarsa da, mersisaydlılar fasiləyə kimi hesabı xeyirlərinə dəyişiblər. Rişarlison təyin olunan 2 penaltini dəqiq yerinə yetirib. Lakin Frenk Lempardın komandası fasilədən sonra üstünlüyü əldən verib. Əvvəlcə 57-ci dəqiqədə “Börnli”nin heyətində Cey Rodriges tarazlığı bərpa edib. Vaxtın başa çatmasına 5 dəqiqə qalmış isə Maksvel Korne meydan sahiblərini önə çıxararaq yekun nəticəni müəyyənləşdirib: “Börnli” – “Everton” 3:2.
Şon Dayçın komandası bu qələbə sayəsində xallarının sayını 24-ə çatdırsa da, təhlükəli zonada – 18-ci yerdə qalıb. 1 xal çox toplayan “Everton” 17-cidir. Yarış cədvəlinə 73 xalla “Mançester Siti” başçılıq edir. Liderən ən yaxın izləyicisi “Liverpul”un hesabında 72 xal var.