Çempionlar liqasının maraqla gözlənilən qarşılaşmalarından biri Londonda olacaq. “Çelsi” Stemford Bricdə “Real”la üz-üzə gələcək.  

Brirtaniya klubunun baş məşqçisi Tomas Tuxel bu görüşə xüsusi hazırlaşdıqlarını qeyd edib: “Premyer Liqadakı son oyunumuzda böyük hesabla məğlub olduq. Buna baxmayaraq futbolçular Çempionlar liqasına fərqli motivasiya ilə hazırlaşıblar. Ötən mövsüm “Real”a qalib gəlmişdik. Amma bu, heç nəyi həll etmir. Klubumuz çətin dönəmdən keçir. Azarkeşləri oyunçuları daha çox dəstəkləməyə çağırıram. Bu amil uğur qazanmağımıza kömək edəcək”.

Koronavirus testi müsbət nətilənən və bu səbəbdən La Liqada “Selta” ilə oyunda da komandasının yanında ola bilməyən “Real”ın baş məşqçisi Karlo Ançelotti mətbuta konfransında da iştirak etməyib. Əvəzində “Çelsi”dən “Real”a transfer olunan Tibo Kurtua media nümayəndlərinin önünə çıxıb. O, keçmiş klubunu dünyanın ən yaxşı komandalarından biri adlandırıb: “Çelsidə oynadığım müddətdə bir çox uğurlar qazandım. Məşqçimin Petr Çex kimi təcrübəli biri olmağı mənim üçün böyük şans idi. Hər iki komandanın heyətinə baxsaq çox dəyişikliyin olmadığını görərik. Futbolçular daha çox təcrübə toplayıblar, bu da oyuna olan marağı artıracaq. Ötən mövsüm etdiyimiz səhvləri təkrarlamamağa çalışacağıq.

“Çelsi”nin müdafiəçisi Ben Çilluel zədə səbəbilə bu matçda iştirak etməyəcək. “Kral klubu” isə Eden Azar,  Luka Yoviç və İskonun köməyindən yararlana bilməyəcək. Qeyd edək ki, “Çelsi”- “Real” qarşılaşması bu gün saat 23:00-da start götürəcək.