Sloveniyanın Brejitse şəhərində təşkil olunan şahmat üzrə Avropa çempionatı davam edir. Yarışda 9-cu turun qarşılaşmaları keçirilib. Azərbaycan təmsilçilərindən 7-si qələbə qazanıb. Abdulla Qədimbəyli qitə turnirinin ən reytinqli şahmatçısı David Navaranı məğlub edib. Bundan başqa Nicat Abasov,
Vasif Durarbəyli, Murad İbrahimli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Əhməd Əhmədzadə də rəqiblərindən üstün olub üstün olub. Yarışdakı ən reytinqli şahmatçımız Qədir Hüseynov, Misrəddin İsgəndərov, Eltac Səfərli, Vüqar Əsədli isə heç-heçə ediblər. Qələbə sayəsində xalını 7-yə çatdıran Abdulla Qədimbəyli turnir cədvəlində ikinci pilləyə yüksəlib. 6,5 xala malik Misrətdin, Qədir, Nicat və Vasif müvafiq olaraq 5, 7, 17 və 18-ci yerlərdə qərarlaşıblar. Eltac və Vüqarın hesabında 6 xal var. Yarış cədvəlinə 7,5 xalla almaniyalı Mattias Blübaum başçılıq edir.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.