Şahmat üzrə seçməmiz isə Sloveniyada Avropa çempionatında çıxış edir.
Qitə yarışında 4-cü turun görüşləri arxada qalıb. 15 şahmatçımızdan 4-ü qələbəyə sevinib. Eltac Səfərli, Aydın Süleymanlı, Vüqar Əsədli, Murad İbrahimli 4-cü turda uğur qazanıb. Ümumi cədvəldə islandiyalı Qudmundur Kyartansson 4 xalla liderdir. Avropa çempionatında ilk 20-liyə düşən şahmatçılar dünya kubokuna vəsiqə qazanacaqlar.