“Neftçi“nin transfer siyahısında yer alan Ruan Renato gələn mövsümə harada başlayacağını dəqiqləşdirib.

Braziliyalı müdafiəçi “Qəbələ“də qalmağa üstünlük verib. Bu mövsümdən etibarən qırmızı-qara formanı geyinən 28 yaşlı arxa xətt oyunçusu klubu ilə 1+1 illik müqaviləsinin ikinci bölümünün qüvvəyə minməsinə razılaşıb. Əyalət təmsilçisi bunun qarşılığında adıçəkilən legionerin məvacibini artırmağı qərara alıb. Renatonun buna kimi son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.