İngiltərə premyerliqasında 27-ci turdan təxirə salınmış oyunda “Liverpul” “Arsenal”ın qonağı olub. Çempionluq mübarizəsində lider “Mançester Siti”ni izləyən “qırmızılar” uğur qazanaraq xal fərqini minimuma endiriblər. Yürgen Klopun komandası fasilədən sonra vurulan qollar sayəsində qalib gəlib. 54-cü dəqiqədə Dioqu Jota hesabı açıb. Az sonra Roberto Firmino oyunda yekun nəticəni müəyyənləşdirib: “Arsenal” – “Liverpul” 0:2.
Qeyri-sabit təsir bağışlayan “Tottenhem” isə səfərdə “Brayton”dan üstün olub. Antonio Kontenin komandası hər hissəyə 1 qol vuraraq qələbə qazanıb. 37-ci dəqiqədə Kristian Romero, 57-ci dəqiqədə isə Harri Keyn meydan sahiblərini məyus edib. Xallarının sayını 48-ə çatdıran “Tottenhem” hazırda 7-ci yerdədir. “Mançester Siti” 70 xalla liderdir. 1 xal az toplayan “Liverpul” 2-ci, “Çelsi” 59 xalla 3-cüdür.