Premyer Liqanın lideri "Mançester Siti" 29-cu turda London səfərinə yollanıb.

İngiltərənin paytaxtında yerli "Kristal Pelas"ın qonağı olan "şəhərlilər" görüşdən xal itkisi ilə qayıdıb. Hərçənd matçda hər iki tərəfin fərqlənmək üçün birdən çox fürsəti olub. 13-cü dəqiəqədə meydan sahiblərindən Mikael Elise, çox keçmədən "Mançester Siti"nin heyətindən isə Bernardo Silva və Emerik Lyaport hesabı açmağa çox yaxın olublar. İkinci hissə də eyni senari ilə yadda qalıb. Tərəflərin ardıcıl hücum cəhdləri heç bir nəticə verməyib və Pep Qvardiolanın komandası Mançester şəhərinə 1 xalla qayıdıb. Qələbə qazana bilməməsinə baxmayaraq "Mançester Siti" 70 xalla liderliyini davam etdirir. "Kristal Pelas" isə 34 xalla 11-cidir.