Almaniya Bundesliqasının 25-ci turunda turnir cədvəlinin sonlarında qərarlaşan iki komanda – “Arminiya” Bilefild" və “Auqsburq” üz-üzə gəliblər.

İlk hissədə bir-birinin müqavimətini qırmağa çalışan tərəflər hesabı açmağa müvəffəq ola bilməyiblər. Fasilədən sonra rəqibini müdafiəyə çəkilməyə məcbur edən “Auqsburq” futbolçuları 50-ci dəqiqədə istəyinə nail olublar. Yaqo Amaral Borduçinin ötüdüyü topu Daniel Kalicuri qapıdan keçirib. Qalan vaxt ərzində “Auqsburq” bir neçə epizodda fərqi artırmağa fürsət tapsa da, zərbələrdə dəqiqlik çatmayıb. Görüş minimal hesabla başa çatıb. “Arminiya” Bilefild – “Auqsburq” 0:1. Bununla da, xallarını 26-ya çatdıran “Auqsburq” autsayderlər sırasından bir qədər kənarlaşıb. Komanda turnir cədvəlində rəqibi “Arminiya”nı qabaqlayaraq 14-cü pillədə qərarlaşıb.