Qadın tennisçilərin reytinq sıralamasında lider Eşli Barti növbəti 2 turnirdə iştirak etməyəcək.

Avstraliyalı raketka ustası çiyin və kürəyindəki zədələr səbəbilə bu qərara gəlib. Mövsümün ilk Böyük DƏbilqə yarışı “Australian Open”də fəxri mükafata sahib çıxan Barti 1 aydan çoxdur ki, sağalma prosesi keçir. 25 yaşlı tennisçi növbəti turnirlərdə iştirak etməyəcəyi üçün məyusluğunu bildirib.Təəssüf ki, böyük dəbilqə yarışından sonra bir sıra zədələrlə üzləşdim. Çiyin, kürək və ayaq əzələlərimdə yaranan problemlər İndianvels və Mayami turnirlərində iştirakıma imkan vermir. Həkimlərlə məsləhətləşdikdən sonra yarışlarda iştirakdan imtina etdim. Digər iştirakçılara uğurlar arzulayıram”.