Serbiyada FİDE Qran-prisi davam edir.

D qrupunda yarışan Şəhriyar Məmmədyarov 3-cü turda rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 55-ci gedişdə sülhə razılaşıb. Bu qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav və çinli Yu Yanqyu da heç-heçə edib. bununla da D qrupunda ilk dövrə başa çatıb. Xatırladaq ki, reqlamentə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar isə həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər. Bundan başqa Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal əldə edəcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qeyd edək ki, ümüumi mükafat fondu 150 min avro olan FIDE Qran-prisinin 2-ci mərhələsinə martın 14-də yekun vurulacaq.