İspaniya kubokunda yarımfinalın ilk cavab görüşü keçirilib. “Valensiya” doğma meydanda “Atletik Bilbao” ilə qarşılaşıb. Oyunun taleyini həll edən yeganə qolu meydan sahiblərinin heyətində Qonsalu Quedeş vurub. Tərəflər arasındakı ilk oyun 1-1 hesabilə yekunlaşmışdı. Beləliklə, “Valensiya” minimal hesablı qələbə sayəsində tarixində 18-ci dəfə finala çıxıb. Bu matçların 8-də kuboka sahib çıxan “yarasalar” 9 dəfə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, yarımfinalın digər cütündə “Betis” bu gün gecə yarısı “Rayo Valekano” ilə qarşılaşacaq. İlk görüşdə “Betis” futbolçuları 2-1 hesabilə qalib gəlmişdilər.