İtaliya Kubokunda yarımfinal mərhələsi davam edir.

“Yuventus” səfərdə “Fiorentina” ilə qarşılaşıb. Meydan sahibləri oyunun əvvəlindən təşəbbüsə yiyələniblər. Lakin çox saylı hücumlar birinci hissədə nəticə verməyub. Fasilədən sonra da matçın məzmununda ciddi dəyişiklik olmayıb. “Fiorentina” rəqiblə müqayisədə daha inamlı təsir bağışlayıb. Lakin sona yaxın baş verən uğursuzluq florensiyalıları məğlubiyyətlə barışmağa məvbur edib. 2-ci hissəyə artrılmış dəqiqədə Lorentso Venutinin avtoqolu “Yuventus”a minimal hesablı qələbə qazandırıb. Cavab oyunu aprelin 20-də “Yuventus stedyum”da keçiriləcək. Xatırladaq ki, yarımfinalın digər cütündə “İnter” və “Milan” üz-üzədir.