Martın 5-də Çexiyanın paytaxtı Praqada cüdo üzrə açıq Avropa turniri start götürəcək.
Yarışda Azərbaycanın 6 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, qadınlar arasında Aydan Vəliyeva, Aişə Qurbanlı (48 kq), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Yarış iki gün davam edəcək.