Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Turun son matçında "Qarabağ" "Keşlə" klubunun qonağı olub. "ASK Arena"da keçirilən görüşdə qalib müəyyənləşməyib.

Meydan sahibləri qarşılaşma ərzində üstün oyun sərgiləsələr də, qapılara qol vurulmayıb.

İlk hissənin ortalarında Ağdam klubunun azarkeşləri Rusiya ilə müharibə şəraitində olan Ukraynanın lehinə şüarlar səsləndirib, tribunada pankart açıblar.

Hissənin sonlarında meydan sahiblərinin braziliyalı yarımmüdafiəçisi Felipe Santos zədələnərək meydanı tərk edib.

Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Keşlə" isə 6-cı sırada qərarlaşıb.