Azərbaycan çempionatının 17-ci turunda “Səbail”  “Zirə”ni qəbul edib. Son 8 oyununda qələbəyə həsrət qalan “Səbail” bu dəfə də uğursuz seriyaya son qoya bilməyib. Maraqlıdır ki, komanda sonuncu dəfə “Qarabağ”a qalib gəlib. “Zirə” ilə qarşılaşmada hesab fasilə ərəfəsində açılıb. “Zirə”nin heyətində Ağabala Ramazanov fərqlənib. 2-ci hissədə isə tərəflərin səylərinə baxmayaraq qapılara top vurulmayıb. Beləliklə “Zirə” minimal hesabla qalib gəlib.

Ardıcıl 3-cü qələbəsini qazanan “Zirə” turnir cədvəlində “Neftçi”ni 3 xal geridə qoyaraq 31 xalla 3-cü pilləyə yüksəlib Komanda 2-ci pillədəki “Qəbələ”dən 1, lider “Qarabağ”dan 5 xal geri qalır. “Səbail” isə 11 xalla autsatyderdir.