La Liqanın 26-cı turunda “Sevilya” doğma arenada “Betis”i qəbul edib. Derbidə şəhərin eyni adlı komandası 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində İvan Rakitiç və Munir Əl Həddadi fərqlənib. Sonda isə Serxio Kanales “Betis”in təsəlli qolun vurub. 26 turdan sonra “Real Madrid” 60 xalla turnir cədvəlinə başçılıq edir. “Sevilya” liderdən 6 xal geri qalır. “Betis” 46 xalla 3-cü yerdə qərarlaşıb.

İlk 4-lük uğrunda mübarizə aparan “Barselona” isə “Nou Kamp”da “Atletik Bilbao”nu qəbul edib. Katalonlar 1-ci hissənin sonunda istəklərinə nail olublar. Pyer-Emerik Obameyanq hesabı acib. Fasilədən sonra Xavi Ernandes Ferran Torresi Usman Dembele ilə əvəzləyib. Fransalı futbolçu oyunun qəhrəmanı olub. 73-cü dəqiqədə fərqlənən Dembele mövsümdə ilk qolunu vurub. Oyunun sonunda ise o 2 məhsuldar öturmə verib. Əvvəlcə Lyuk de Yonq, ardıınca Memfis Depay topu qapıdan keçirib. 4:0 hesabı ilə qalib gələn “Barselona” 45 xalla 4-cü yerdədir. “Atletik” isə 37 xalla 8-cidir.