UEFA Konfrans Liqasının pley-of mərhələsində diqqət çəkən görüşlərdən biri Çexiyada keçirilib. Paytaxt Praqa təmsilçisi “Slaviya” doğma meydanda “Fənərbağça” ilə üz-üzə gəlib. İstanbuldakı qarşılaşmada 3:2 hesabilə qələbə qazanan Çexiya futbolçuları doğma meydanda da eyni nəticə ilə qalib gəliblər. Yira Sorun dubl etdiyi oyunda İvan Şrants 1 qolla yadda qalıb. “Fənərbağça”nın heyətindən isə Mərt Hakan Yandaş və Merqim Berişa fərqləniblər. “Slaviya” – “Fənərbağça” 3:2. Beləliklə qardaş ölkə təmsilçisi Avroliqada mübarizəni dayandırıb.

PSV-də mərhələ adlayan tərəf olub. İsraildə Tel Əviv klubu “Makkabi”nin qonağı olan niderlandlılar mərhələni çətinliklə adlayıblar. Eyndhoven şəhərində 1:0 hesabı ilə üstün olan PSV futbolçuları bu qarşılaşmada heç-heçəyə razılaşıblar. “Makkabi” Tel Əviv – PSV 1:1. İki oyunun nəticəsinə görə 2:1 hesabı ilə üstün olan PSV mərhələ adlayıb.

Premyer Liqa klubu “Lester” isə asanlıqla qələbə qazanıb. “Randers” klubu ilə İngiltərədəki görüşdə demək olar növbəti mərhələyə ümidləri qat-qat artıran “Lester” Danimarka səfərində də rəqibina şans verməyib. Doğma meydanda 4:1, səfərdə isə 3:1 hesabı ilə qələbə qazanan “Lester” ümumi nəticədə 7:2 hesabilə “Randers”i mübarizədən kənarlaşdırıb.

Günün gözlənilməz nəticələrindən biri isə “Budyö-Qlimt” və “Seltik” komandalarının oyununda qeydə alınıb. Şotlandiya səfərində 3:1 hesabı ilə qalib gələrək norveçli azarkeşləri məyus edən “Budyö-Qlimt” doğma meydanda keçirilən qarşılaşmada da qapısını toxunulmaz saxlayaraq, qələbə qazanıb. 2:0. Beləliklə tarixində ilk dəfə Avrokuboklarda qrup mərhələsinə yüksələrək inamlı çıxışı ilə pley-ofa adlayan “Budyö-Qlimt” uğurlu nəticəsini davam etdirərək 1/8 finalda çıxış edəcək.