Premyer Liqanın 26-cı turunda “Mançester Yunayted” səfərdə “Lids”lə üz-üzə gəlib.

Görüşə yaxşı başlayan qonaqlar fasiləyə kimi 2 qol vurublar. Əvvəlcə Harri Maquayr, ardınca Bruno Fernandeş qapını dəqiq nişan alıb. 1-ci hissəni 2:0 hesabı ilə öndə başa vuran “mankunyanlar” 2-ci hissənin əvvəlində üstünlüyünü əldən veriblər. Meydan sahibləri 58 saniyə ərzində tarazlığı bərpa ediblər. Rodriqo və Rafinya fərqlənib - 2:2. Amma bu qonaqların mübarizə əzmini qırmayıb. 70-ci dəqiqədə Fred Mançester klubunu hesabda önə keçirib. Antoni Elanqa isə yekun nəticəni müəyyənləşdirib - 4:2. 26 tura 46 xal toplayan “Mançester Yunyted” ən yaxın rəqibləri  “Arsenal” və “Vest Hem”dən 4 xal aralanaraq 4-cü pillədəki mövqeyini möhkəmləndirib. “Çelsi” 50 xalla 3-cü, “Liverpul” 57 xalla 2-ci pillədədir. Yarışa 63 xalla “Mançester Siti” başçılıq edir.