Azərbaycan Kapoeyra Federasiyası və BMT-nin qaçqınlar üzrə ali komissarlığının təşkilatçılığı ilə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihəyə yekun vurulub.
Ötən ilin noyabr ayında start götürən və 100-ə yaxın iştirakçını əhatə edən layihə Bakı, Gəncə və Bərdə şəhərlərində təşkil olunub. Tədbirin əsas məqsədi vətən müharibəsindən əziyyət çəkmiş uşaq və gənclərə, şəhid övladlarına, eləcə də ölkəmizdə yaşayan qaçqın statuslu şəxslərə kapoeyra vasitasilə psixoloji dəstək verməkdir.
Mərasimdə Gənclər və İdman Nazirliyinin, BMT-nin qaçqınlar üzrə ali komissarlığının və Braziliya səfirliyinin nümyəndələri iştirak ediblər. Sonda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.