İsraildə “Böyük Dəbilqə” turnirinin ilk günündə 3 cüdoçumuz mübarizə aparıb.

Onlardan Yaşar Nəcəfov uğurla çıxış edib. 66 kq-da yarışan idmançımız Ukrayna, İsrail, İspaniya, Monqolustan təmsilçilərinə qalb gələrək finala yüksəlib. O, həlledici qarşılaşmada İsrailin digər cüdoçusu ilə üz-üzə gəlib. Bu dəfə yerli idmançı üstün olub. Beləliklə Yaşar Nəcəfov gümüş medalla kifayətlənib.

60 kq-da isə Kəramət Hüseynov uğursuzluğla üzləşib. O, yarımfinalda qazaxıstanlı rəqibilə görüşdə zədələnib. Məhz bu səbəbdən Kəramət  Hüseynov bürünc medal uğrunda qarşılaşmaya da çıxa bilməyib.