“Qarabağ” Avropa Konfrans Liqasın pley-off mərhələsində ilk oyununa cıxıb.

Ağdam klubu Marseldə yerli komanda ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində başlayan oyunda ilk qol 41-ci dəqiqəyə təsadüf edib. “Marsel”in heyətində Arkadiuş Milik hesabı açıb. Fasiləyə kimi polşalı forvard 2-ci qolu da vurub. İlk hissə “Marsel”in 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra “Qarabağ” futbolcuları buraxılan toplardan birinin əvəzini çıxıblar. Kadi Borges qapını dəqiq nişan alıb. Amma oyunun sonunda Dimitri Paye yenidən hesab arasındakı fərqi 2 topa yüksəldib - 3:1. Beləliklə ilk oyun “Marsel”in üstünlüyü ilə yekunlaşıb.