Çempionlar Liqasınnda 1/8 finalın digər görüşü Avstriyada keçiriləcək. “Salzburq” “Bavariyanı” qəbul edəcək. Bavariyanın baş məşqçisi Yulian Naygelsmann jurnalistlərə açıqlamasında bildirib ki, “Salzburq”la matçda komanda oyun tərzini dəyişməyəcək. Onun fikrincə, rəqib meydanında  çıxış etmək heç də asan olmayacaq:  “Əsas favorit biz olsaq da, Çempionlar liqasında asan rəqib yoxdur. “Salzburq”un azarkeşləri bizə qarşı aqressiv olacaq. Buna hazır olmalıyıq. Liqadakı son oyunumuzda gözlənilməz məğlubiyyətlə üzləşdik. Belə nəticələrdən dərs çıxarmalı və daha yaxşı hazırlaşmalıyıq”.

“Salzburq”un baş məşqçisi  Matiyas Yaysle isə ehtiyyatlı danışıb. O, rəqibin oyununu təhlil etdiyini bildirib:  “Komandamız bu mərhələdə ilk dəfə çıxış edəcək. Oyunçular bu məsuliyyəti dərk edirlər. Bavariyanın “Bohum”la matçını təhlil etmişik. Onlar bütün mövqelərdə çox güclüdürlər. Yaxşı nəticə qazanmaq üçün meydanda sona qədər mübarizə aparmalıyıq. Ümid edirəm ki, sevinə tərəf biz olacağıq”.

Bavariya Alfonso Deyvis, Manuel Noyer, Leon Qoretska və Camal Musiala nın köməyindən yararlana bilməyəcək.  “Zaltsburq”da isə Bernardo, Mamadi Diambu Albert Valçi əsas heyət də yer almayacaq.

Qeyd edək ki, “Zaltsburq”  - “Bavariya” görüşü bu gün gecə yarısı start götürəcək.