Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna start verilib.

Turun açılış matçında “Keşlə” klubu “Zirə”ni qəbul edib. “ASK Arena”da İnqilab Məmmədovun idarə etdiyi görüş qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.

Oyunda yeganə qolun müəllifi matçın 45-ci dəqiqəsində Mohammed Hamdaoui olub.

Bu qələbə sayəsində “Zirə” klubu xal ehtiyatını 25-ə çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Keşlə” isə 14 xalla altıncı yerdə qərarlaşıb.

Bu matçadək komandalar ölkə çempionatında 25 dəfə üz-üzə gəliblər. Bunların 6-da “Keşlə”, 9-da “Zirə” qələbə qazanıb. On oyunda isə qalib müəyyənləşməyib.