Polşa "Legiya"sı Azərbaycan millisindən təklif almış Ramil Mustafayevi heyətinə cəlb edib.

Varşava təmsilçisi Jeşuv "Stal"ından transfer etdiyi 19 yaşlı müdafiəçi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. O, yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.  Qeyd edək ki, 2019-cu ildən "Stal"da çıxış edən Mustafayev bu mövsüm 13 oyuna 3 qol vurub. Xatırladaq ki, Ramil Rusiyada anadan olnsa da, sonradan ailəsi ilə birlikdə Polşaya köçüb.