“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək.

 “Foot-national” nəşrinin  məlumatına görə Fransa hökuməti “Marsel”in müraciətini müsbət cavablandırıb və “Qarabağ”la görüşün doğma meydanda keçirilməsinə icazə verib.  Fransanın idman naziri Roksana Marasinyanu da Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb.  Daha əvvəl Fransanın “Sinovac” vaksinini qəbul etmədiyi üçün qarşılaşmanın başqa ölkədə təşkili gündəmdə idi. Qeyd edək ki, komandalar arasında Fransadakı görüş fevralın 17-də, cavab matçı isə fevralın 24-də Bakıda keçiriləcək.