“Qəbələ” yeni ilin ikinci transferini həyata keçirib.
Əyalət təmsilçisi Patrik Alfinetedən sonra Samet Karakoçun transferini başa çatdırıb. Avrokuboklar uğrunda mübarizə aparan bölgə klubu bununla bağlı “Bayrampaşa” ilə razılıq əldə edib. Türkiyənin III Liqa nümayəndəsi 6000 dollar qarşılığında müdafiəçinin “Qəbələ”yə transferinə “yaşıl işıq” yandırıb. Gənclər yığmamıza da dəvət alan sol cinah oyunçusu ilə anlaşmanın müddəti 6 aydır.