“Keşlə” klubu daha bir legionerlə müqavilə bağlamağa hazırlaşır.

Söhbət ingiltərəli yarımmüdafiəçi Natan Oduvadan gedir. 25 yaşlı futbolçu karyerası ərzində “Tottenhem”, həmçinin Sloveniyanın “Lyublyana” və Şimali İrlandiyanın “Dandolk” klublarında da çıxış edib. İngiltərənin 17, 18 və 20 yaşlılardan ibarət yığmalarında da oynayan Oduva ilə münasibətlərin yaxın günlərdə rəsmiləşdiriləcəyi gözlənilir.