Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" sonuncu yoxlama oyununa çıxıb.
Ağdam təmsilçisi "Visla Krakov"la üz-üzə gəlib. 3 hissədən ibarət olan görüş qolsuz başa çatıb. "Visla Krakov" Polşanın əsas liqasında 21 xalla 13-cüdür. Matçın 53-cü dəqiqəsində "Qarabağ"ın qapıçısı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib. Qeyd edək ki, "Qarabağ" günün ilk yarısında Çexiyanın "Bohemians" komandası ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub. Xatırladaq ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib. Bundan sonra isə komandamız "Slyonsk"a (Polşa) 2:3, "Baçka Topola"ya (Serbiya) isə 0:1 hesabı ilə uduzub.