Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Ze şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
37 yaşlı qrossmeyster 9-cu turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub. Bu nəticədən sonra xallarını 6 xal yarıma çatdıran Karlsen vahid lider olub. 5 xal yarımı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.