Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama matçını keçirib. 

Bakı klubu Polşanın yüksək liqası təmsilçisi "Qurnik"lə qarşılaşıb. Matç Samir Abasovun rəhbərlik etdiyi kollektivin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu  53-cü dəqiqədə Emin Mahmudov vurub. "Neftçi" Türkiyədəki yoxlama oyunlarında Macarıstanın "Kişvarda" (2:2) və "Visla" (Plotsk) (1:1) klubları ilə heç-heçə edib.